Cəmiyyət

Ötən il Azərbaycanda uşaqlara qoyulan quş adları: Kəklik, Bülbül, Durna…

Sharing is caring!


Ötən il Azərbaycanda 127 uşağa Şahin adı qoyulub.

Oxu.Az-ın məlumata görə, Tərlan adı 24 uşağa, Qumru 35-nə, Durna üçünə, Turac ikisinə, Kəklik və Bülbül adlarının hər biri isə bir nəfərə verilib.

Bundan başqa, ötən il uşaqlara qoyulan adlar arasında digər canlılara məxsus isimlər də yer alıb. Belə ki, 352 uşağa Ahu, 195-nə Aslan, 16-na Maral, 15-nə Ceyran, birinə isə Bəbir adı verilib.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adları verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir