Cəmiyyət

Azərbaycan əhalisinin sayı ARTIB

Sharing is caring!


2023-cü ildə ölkə üzrə əhalinin sayı 53 625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin 54,5 faizi şəhər, 45,5 faizi kənd sakinləridir. Azərbaycan əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin əvvəlinə əhalinin 23 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir