Cəmiyyət

Cəhənnəmə çevrilən Gülüstan: Ermənilərin ölüm tələsi ilə əhatələnən tarixi qala – VİDEO

Sharing is caring!


30 il davam edən işğal dövründə ermənilər Azərbaycan torpaqlarında daşı daş üstə qoymadılar.
İşğal etdikləri ərazilərimizdəki yurd yerlərimizi yağmalamaqları azmış kimi, təbiətinə belə, divan tutdular. Sanki hər daşdan, hər cığırdan, erməni zülmündən xilas olanlarımızın qisasını aldılar.
Viran qoyduqları evlərin sahibləri bir gün mütləq qayıdacaq qorxusu ilə düz 30 il o torpaqlarda ölüm toxumu əkdilər. Azərbaycan ərazilərini mənfur niyyətləri ilə murdarlamaqları azmış kimi, minalarla da çirkləndirdilər.

Goranboyun uzun müddət işğal altında olan Gülüstan kəndi də mənfur qonşularımız tərəfindən sözün əsl mənasında cəhənnəmə çevrilib. Kənddən yayılan videonu izlədikcə aydın görünür ki, buranın da hər daşı, hər kəsəyi erməni vandallığının qurbanı olub.

XVIII əsrdən bəri tarixin cürbəcür sınağına şahidlik etmiş, tarixi Gülüstan müqaviləsinin imzalandığı Gülüstan qalası düz 30 il erməni vəhşiliyinə şahid olub. Bir zamanlar bülbül gülü, gül bülbülü çağıran Gülüstandan geriyə ancaq viran qoyulan, yağmalanan evlərin xarabalıqları qalıb. Hə, bir də kəndin hər tərəfində, Gülüstan qalasının ətrafında hər addımbaşı basdırılmış ölüm tələləri.

Ermənistan silahlı qüvvələri tərəfindən burada da xeyli sayda müxtəlif təyinatlı minalar quraşdırılıb. Goranboyun Gülüstanı qoynundakı piyada və tank əleyhinə minaların ağırlığından hələ də ağır-ağır nəfəs alır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir