Cəmiyyət

Mərdəkanda avtomobil yolu keçən piyadanı vurub

Sharing is caring!


Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Samir Məhəmməd oğlu Rəhimovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir