Cəmiyyət

Qapalı məkanlarda siqaret çəkənlər CƏZALANDIRILDILAR

Sharing is caring!


Balakəndə tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, rayon ərazisində yerləşən obyektlərdə keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Yanvar-fevral ayları ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 114 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir