Cəmiyyət

Qəbələ sakini ehtiyatsızlıqdan tüfənglə əlini yaralayıb

Sharing is caring!


Qəbələ sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ şəhər sakini K.Seyidovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində əlindən xəsarət aldığı müəyyən edilib. K.Seyidovun idarə etdiyi avtomobildən qanunsuz olaraq saxladığı həmin tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir