Cəmiyyət

Bakı metrosundan ödənişsiz istifadə edən sərnişinlərin sayı AÇIQLANDI

Sharing is caring!


2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 761 nəfərini ödənişsiz istifadəçilər təşkil ediblər.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 252 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 538 sərnişin deməkdir.

Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 779. Yanvarın 14-ü metropolitenə ən az sərnişin daxil olan gündür – 351 455.

Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə (7,1% az), keçən ilin yanvar ayına nisbətən (0,3% az) metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir