Cəmiyyət

QDİƏT PA missiyası seçkinin monitorinqi zamanı heç bir qanun pozuntusu qeydə almayıb

Sharing is caring!


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı apardığı monitorinq ilə bağlı mətbuat konfransı keçirib.

Oxu.Az-ın məlumatına görə, təşkilatın baş katibi Asəf Hacıyev bildirib ki, bu gün tarixi gündür:

“Seçki ilk dəfə bütün Azərbaycan ərazisində keçirilib”.

Brifinqdə yunanıstanlı deputat Konstantinos Vlasis bildirib ki, seçkidə mənfi hallarla rastlaşmayıblar:

“Mənim fikrimcə, 80 faizdən çox vətəndaş aktiv şəkildə seçkilərdə iştirak edib”.

Rumıniyalı deputat Daniel Konstantinın sözlərinə görə, iki gündür ki, Azərbaycandadırlar və seçki prosesini izləyiblər:

“Bu gün bir neçə seçki məntəqəsində olduq və seçicilərlə danışdıq. Seçkidə aktivlik müşahidə etdik”.

Bolqarıstanlı deputat Petar Kanev qeyd edib ki, bu gün keçirilən seçkidə fəallıq əvvəlki illərdən daha çox idi:

“Biz Avropa İttifaqı dövlətlərinin üzvləriyik və seçki prosesinə yüksək qiymət verəcəyik. Uğurlu seçkiyə görə Azərbaycan xalqını təbrik edirəm”.

Gürcüstanlı deputat Ramaz Nikolaşvili vurğulayıb ki, seçki şəffaf şəkildə keçirilib:

“Seçki yüksək səviyyədə təşkil edilib. İlkin rəy sorğularına görə mən Azərbaycan xalqını və İlham Əliyevi təbrik edirəm. Mən onu regionun lideri olaraq görürəm. Mənim imkanım olsaydı, səsimi İlham Əliyevə verərdim”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir