Cəmiyyət

“Oracle Advisory Group”: “Hamı “exit poll”da tam məxfilik qorunmaqla yüksək səviyyədə iştirak edir”

Sharing is caring!


“Hazırda 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində seçici fəallığı yüksəkdir”.

“Trend”in Xankəndi şəhərinə ezam olunmuş müxbirinə ABŞ-nin “Oracle Advisory Group”un müşahidəçisi Emil Mehdiyev deyib.

O vurğulayıb ki, seçki üçün lazımi şərait yaradılıb.

“Vətəndaşlarımız “exit poll”da da tam məxfilik qorunmaqla yüksək səviyyədə iştirak edir”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6 537 məntəqədə səs verəcəklər.

Seçkini izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçki bütün Azərbaycan ərazisini əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkidə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir