Cəmiyyət

Bəzi rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Sharing is caring!


Fevralın 7-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində fevralın 6-sı axşamdan yağıntılar tədricən kəsilib, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olub, qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 48 sm, Ordubadda 36 sm, Şəki, Xaltanda 12 sm, Qusarda 9 sm, Altıağac, Gədəbəydə 6 sm-dək olub.

Küləyinin maksimal sürəti Yardımlıda 24 m/s, Şəki, Gədəbəy, Daşkəsəndə 20 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-16, Naxçıvan MR-da 12-15, Aran rayonlarında 15-19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir