Cəmiyyət

Mətbuat Şurasında prezident seçkisi ilə bağlı qaynar xətt fəaliyyət göstərəcək

Sharing is caring!


Mətbuat Şurasında prezident seçkisi ilə bağlı qaynar xətt fəaliyyət göstərəcək.

Bu barədə şuradan məlumat verilib.

Bildirilib ki, şuranın (012) 441-35-96 şəhər, (050) 242-09-91 və (055) 789-85-03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək. Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər.

Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin prezident seçkisinin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir