Cəmiyyət

“Digah-Bilgəh” magistral qaz kəməri zədələnib, Nardaranda abonentlər qazsız qalıblar – FOTO

Sharing is caring!


Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen “Digah-Bilgəh” magistral qaz kəməri zədələnib.

Bu barədə Azəriqaz İB-dən bildirilib.

Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin ediliblər.

Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir