Cəmiyyət

Sumqayıtda avtomobil yanıb – VİDEO

Sharing is caring!


Sumqayıtda minik avtomobili yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək, digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir