Cəmiyyət

Balaca Zəhranın anası fəryad edir: “O mənim yeganə övladımdır, onu itirməkdən çox qorxuram” – FOTO

Sharing is caring!


Səkkiz yaşlı Zəhranın dəstəyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Türkanə Qasımova məlumat yayıb.

O bildirib ki, övladı hepatit B (ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhvi ilə müşahidə edilir) xəstəliyindən əziyyət çəkir.

“Zəhranın səkkiz yaşı var. İllərdir hepatit B xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk gündən hər şeyimizi satıb müalicələrini etmişik ki, vəziyyəti daha da ağırlaşmasın. İnanın, bu xəstəliyin müalicəsi o qədər bahadır ki, artıq maddi olaraq tükənmişik”.

Türkanə Qasımova övladının biraylıq müalicəsi üçün 1 300 manata ehtiyacları olduğunu deyib.

“Bizim əslimiz Xaçmazdandır. Bakıda kirayədə yaşayırıq. Zəhra bizim yeganə övladımızdır. Yoldaşım fəhləlik edir, inanın, kirayə və ərzağı güclə çatdırır. Müalicələrə ara versək, Zəhranın xəstəliyi daha da inkişaf edəcək, sonda isə onu itirə bilərik. Mən övladımı itirməkdən çox qorxuram. Ananın övladı ilə sınanmağı çox çətindir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımı bu xəstəliyin cəngində tək buraxmamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 496-01-12.

Bank Respublika: 4244 4848 4383 5319.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir