Cəmiyyət

Dava zamanı qətl törədən şəxslərlə bağlı qərar çıxarıldı

Sharing is caring!


Gəncə Apellyasiya Məhkəməsində Tovuzda qətl törətməkdə təqsirləndirilən Vüsal Əhmədov və Anar Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əhmədov 17, Anar Tağıyev 16 il müddətində azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2022-ci ilin iyulunda Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Nizami Əli oğlu Vəliyev bıçaqlanaraq qətlə yetirilib. 1987-ci il təvəllüdlü Anar Mammed oğlu Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Xəqani oğlu Əhmədov isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin təfərrüatına gəlincə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Anar Tağıyev və 1983-cü il təvəllüdlü Vüsal Əhmədovla mübahisəsi düşüb. Mübahisəyə 35 yaşlı Nizami Vəliyev də qarışıb. İlkin məlumata görə, N.Vəliyev digər şəxslərə nalayiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə səkkiz bıçaq zərbəsi vurub. Sonuncu hadisə yerində dünyasını dəyişib. Vüsal Əhmədov və Anar Tağıyev də bıçaq xəsarətləri alıblar. Daha sonra V.Əhmədovla A.Tağıyev istintaqa cəlb ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir