Cəmiyyət

Körpə Muradın dəstəyə ehtiyacı var: Üzərinə qazan aşırdaraq yanıb – FOTO

Sharing is caring!


Körpə Muradın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Elnur Cəbrayılov məlumat verib.

O bildirib ki, övladı yanvarın 10-da yanıb.

“Biz İsmayıllı rayonunda yaşayırıq. Muradın bir yaşı var. Yoldaşım yemək bişirib yerə qoyub, Murad isə iməkləyərək gedib qazanı üzərinə çəkib. Onun ayaqları tamamilə yanıb. Hadisə olan gün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orda 21 gün müalicə olduq. Artıq evimizə qayıtmışıq”.

Elnur Cəbrayılov övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu bildirib.

“Mən illərdir fəhləlik edirəm. Bir neçə il əvvəl iş zamanı başıma gələn hadisə nəticəsində qolumu itirmişəm. Tək qolumla güc-bəla ilə işləyib ailəmi dolandırıram. Hazırda Muradın müalicəsi üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 720-21-54.

Kapital Bank: 4169 7388 0714 9426.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir