Cəmiyyət

Masazır sakinindən şikayət: “Əsas su xəttinin borusu partlayıb, evimin özülünə axır” – VİDEO

Sharing is caring!


Abşeron rayonunun Masazır kəndinin sakinləri əsas su xəttinin borusunun partladığını iddia edirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.

Kənd sakini Elvin İsmayıllı əsas su xəttinin borusunun partladığını söyləyib:

“Masazır kəndi Mirzə Ələkbər Sabir küçəsində acınacaqlı vəziyyət hökm sürür. Kəndin əsas su xəttinin borusunun istismar vaxtı keçdiyi üçün partlayıb. Su axıb gedir.

Evim ilə əsas su xətti arasında məsafə çox azdır. Su düz həyətimə axır, evimin özülünə dolur. Divarın uçma təhlükəsi var. Yollar palçıqdır. Bir aydan çoxdur ki, vəziyyət belədir. Əlaqədar quruma dəfələrlə müraciət etmişik. Gəlib, həll edirlər. Yenidən boru partlayır.

Boru ümumi orta yolda partlayıb. Yolu da dağıdır. O ərazidə yaşayan hər kəsə ziyan verir. Məsələnin həll olunmasını istərdik”.

Məsələni araşdırmaq üçün “Azərsu” ASC-yə sorğu ünvanladıq.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq  bildirib ki, həmin ərazidə mərkəzləşdirilmiş infrastruktur yoxdur.

“Orada mərkəzləşdirilmiş kanalizasiya xətti də yoxdur”.

Həmin görüntüləri təqdim edirik:

 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir