Cəmiyyət

Ramanada peyda olan “göl”ə sahib çıxan yoxdur – VİDEO

Sharing is caring!


Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin daxili yollarını su basması ilə bağlı məsuliyyəti üzərinə götürən tapılmır. 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmisi Müslim Mahmudov şikayəti digər quruma yönləndirməyi məsləhət bilib:

“Bu məsələ ilə əlaqədar aidiyyəti üzrə “Azərsu” ASC-yə müraciət edin”.

“Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Cəbrayıllı isə Oxu.Az-ın sorğusuna cavab olaraq, təmsil etdiyi qurumun Ramanada infrastrukturunun olmadığını diqqətə çatdırıb:

“Orada bizim kanalizasiya infrastrukturumuz yoxdur. Xətlər olsaydı, işləməsəydi, cavabdehliyi biz daşıyardıq”.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir