Cəmiyyət

Birinə sürücülük vəsiqəsi, digərinə isə mobil telefon söz verdi – Kuryoz DƏLƏDUZLUQ + VİDEO

Sharing is caring!


Əlilliyi olan şəxs, digər əlil şəxsləri aldadıb.

Xezerxeber.az-ın məlumatına görə, Astara rayon Kakalos kənd sakini 19 yaşlı Məhəmməd Məmmədov müxtəlif vədlərlə öz yaşıdlarının adına onlayn qaydada müxtəlif məbləğlərdə kredit əldə edib.

Zərərçəkən şəxslər bildiriblər ki, onların övladları Məhəmmədlə reabilitasiya mərkəzində tanış olublar. Onların sözlərinə görə, övladları adlarına kredit götürülməsindən xəbərsiz olublar.

Təxminən 10-dan çox şəxsin aldılaraq adına kredit götürüldüyü bildirilir.

Zərərçəkənlərin ailə üzvləri yaşadıqları ərazi üzrə polis bölməsinə şikayət etdiklərini bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ araşdırılır və zəruri tədbirlər görüləcək.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir