Cəmiyyət

Gəncədə avtoxuliqanlıq edərək qəza törədən şəxslər saxlanılıblar – FOTO

Sharing is caring!


Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, iki nəfər şəhər sakini özlərinə məxsus VAZ markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər.

Bir-biriləri ilə toqquşaraq qəza törədən sürücülər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində protokol tərtib olunaraq məhkəməyə göndəriliblər.

Bundan başqa Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri monitorinqlər nəticəsində “Opel” və VAZ markalı avtomobillərin sürücülərinin toy karvanına qoşularaq yollarda intizamsızlıq etmələri, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmələri, digər hərəkət iştirakçılarına təhlükə yaratmaları məlum olub. Həmin sürücülər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir