Cəmiyyət

Kürdəmirdə bir ailənin dörd üzvü qidadan zəhərlənib

Sharing is caring!


Kürdəmir rayonunda bir ailənin dörd üzvü qidadan zəhərlənib.

“Report” xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri konservləşdirilmiş qida istifadə etdikdən sonra özlərini pis hiss etməyə başlayıblar.

Nəticədə bir ailənin 4 üzvü – 1989-cu il təvəllüdlü Elnarə İlqar qızı Cavadova, 2014-cü il təvəllüdlü Fatimə Zahid qızı Cavadova, 1980-ci il təvəllüdlü Zahid Durmuş oğlu Cavadov və 2016-cı il təvəllüdlü Yusif Zahid oğlu Cavadov yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Müayinədən sonra onların zəhərləndiyi məlum olub. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onlar ambulator müalicəyə buraxıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir