Cəmiyyət

Cəlilabad rayonu ərazisində elektrik enerjisinin verilişi tam bərpa olunub

Sharing is caring!


Güclü qar nəticəsində işıqsız qalan Cəlilabad şəhərinin bir hissəsi və rayonun 90 kəndində elektrik enerjisinin verilişi tam bərpa olunub.

“Report”un məlumatına görə, yanvarın 23-dən Cəlilabad rayonuna aramsız yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

Belə ki, 70-ə yaxın işıq dirəyi aşıb, minə yaxın yerdən xətt qırılmaları olub, 50 ədəd transformatorda qoruyucular yanıb.

Fəsadların aradan qaldırılması üçün “Azərişiq” ASC-dən və regionlardan işlərin yerinə yetirilməsi üçün yeddi ədəd kran, 10 ədəd yolsuzluq maşını, beş ədəd xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil, 50 nəfərdən ibarət qəza briqadası rayona ezam olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir