Cəmiyyət

Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıblar, qadının gözü çıxıb

Sharing is caring!

Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıblar.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Şirəliyev Qurban Əli oğlu Maştağa qəsəbəsində evinə qonaq getdiyi Özbəkistan vətəndaşı olan qadınla mübahisə edib. Nəticədə qadınla kişi bir-birinə bıçaq zərbələri endiriblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Qadının ayaq, qarın, boyun və üz nahiyələrində bıçaq zərbələri aşkarlanıb. Bıçaq zərbələrindən biri qadının göz nahiyəsinə dəyib və onun gözü çıxıb.

Qurban Şirəliyev isə əl və üz nahiyələrindən bıçaq yaraları alıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir