Cəmiyyət

“Azəriqaz”ın qaynar xəttinə niyə düşmək olmur? – Qurumdan CAVAB

Sharing is caring!


Yasamal rayon sakinləri üzləşdikləri qaz problemi ilə bağlı qurumun qaynar xəttinə düşə bilmədiklərini deyirlər.

Bu barədə Yasamal rayon sakinləri Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıblar.

Sakinlər bildirirlər ki, qaynar xəttə zəng edirsən, sırada 30-cu olduğunu bildirirlər:

“Günün sonuna qədər isə növbənin çatıb-çatmayacağı məlum deyil”.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun qaynar xəttinə qəza ilə əlaqədar çoxsaylı zənglər gəlir:

“Azəriqaz” İstehsalat Birliyinin “104” və “185” Çağrı Mərkəzləri sutkanın müxtəlif vaxtlarında abonentlərin xidmətindədir. Bütün zəngləri qəbul edirlər. Növbədə 30-cu adam olması normaldır. Xətt yüklənir. Qış aylarında qaza tələbat artır. Buna görə də gələn zənglər də çoxalır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir