Cəmiyyət

Qaz xəttində qəza: Yasamalın bir hissəsi mavi yanacaqsız qaldı – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Ötən gün Yasamal rayonu ərazisində qaz borusu partlayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanladıq.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Yasamal rayonunda baş verən qəzanın nəticələri aradan qaldırılır:

“Ötən gün paytaxtın Yasamal rayonunun Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalanan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində qəza halı baş verib. Üç yerdə yeraltı boru xəttində sızma aşkar olunub. Məcburi dayanmaya getdik. Elan verdik. Dərhal yaranan problemlə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnikası cəlb olunub. Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Məlumat üçün bildirək ki, qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək”.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir