Cəmiyyət

Bakıda “zapı ölüxanası” – REPORTAJ + VİDEO

Sharing is caring!


Ukraynanın məşhur “Zaparojest” avtomobil zavodunun məhsulu olan və bir vaxtlar böyük və müasir hesab olunan “zapı”lara şəhər küçələrində tez-tez rast gəlmək olurdu. İndi isə vəziyyət tam dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Nərimanov rayonu ərazisində atılmış “zapı”lar ya eksponat kimi saxlanılır, ya da ehtiyat hissələrindən istifadə edilir.

Müxtəlif model “Zaz” avtomobillərini toplayan Azər Əhmədov bildirib ki, onda bu nəqliyyat vasitələrinə maraq bir neçə il əvvəl yaranıb. Sonra isə yararsız halda olanları alaraq təmir etməyə başlayıb.

Daha bir “zapı” həvəskarının sözlərinə görə, bura adətən ya təmir üçün, ya da restavrasiya edilərək yenilənmiş “zapı” almağa gəlir.

Gününü bu nasaz “zapı”lar arasında keçirən Azər Əhmədov bu avtomobillərdə yenilik etməyə çalışdığına diqqət çəkib.

Müsahibimiz əlavə edib ki, bu avtomobillərin vaxtı keçmiş olsa da, bəziləri texniki vəziyyətinə görə yüksək qiymətə – 20 min manatdan baha satılır.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir