Cəmiyyət

Lənkəranda qəza: Xəsarət alan var

Sharing is caring!


Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Biləsər kəndi ərazisində baş verib.

Rayonun Gərmətük kənd sakini 1983-cü il təvəllüdlü Həbib Məzahir oğlu İsmayılov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarındakı divara çırpılıb.

Zərbənin təsirindən avtomobil aşıb, sürücü xəsarət alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralını Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir