Cəmiyyət

İlin sonunadək Horovlu kəndinə 1395 nəfər qayıdacaq

Sharing is caring!


“Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur”.

Bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva deyib.

O bildirib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa tikinti işləri başlayıb:

“İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub, lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində beş kəhriz bərpa olunur, iki kəhriz tam bərpa olunub, üçünün bərpası üzrə işlər yaxın aylarda tamamlanacaq”.

O bildirib ki, “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələdə təxminən 2024-cü ilin sonunadək bu kənddə əhalinin sayı təxminən 1 395 nəfər təşkil edəcək:

“Növbəti illər üçün kənd əhalisinin sayı təxminən 3 500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir