Cəmiyyət

İş yerlərinin önündə avtomobili pulsuz parklamaq olar? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


İş yerlərinin önündə avtomobili parklamaq pulsuzdur, amma bu imkan xarici vətəndaşlara aid deyil. Söhbət qanuni dayanma yerindən, yəni “AzParking”in ərazisindən gedir.

İş adamı, stilist Anar Ağakişiyev bildirib ki, bu sahədə başqa boşluqlar da var. Məsələn, o, iş yerinin qarşısında maşın park etdiyi üçün aylıq 400 manatdan çox pul verir. Problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etdiyini deyir.

O vurğulayıb ki, hazırda ölkə ərazisində on minlərlə xarici ölkə vətəndaşı yaşayır. Bu üsulun isə onlara tətbiqi iş sektorunda problemin daha da dərinləşməsinə gətirib çıxarır.

Bəs nəqliyyat vasitələrinin parklanmasına görə qərar hazırlananda ölkəmizdə iş icazəsi olan əcnəbilər niyə nəzərə alınmayıblar? Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.

Ətraflı “Xəzər Xəbər”in süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir