Cəmiyyət

Bakıda iki maşın toqquşub, xəsarət alanlar var – FOTO

Sharing is caring!


Bakının Səbail rayonunda Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

“Changan” markalı maşının sürücüsü İstiqlaliyyət küçəsi ilə hərəkətdə olan zaman Azneft dairəsinə bir başa daxil olub. Bu zaman dairədə hərəkətdə olan BMW markalı maşına çırpılıb. “Changan” deformasiyaya uğrayıb, maşında olan sərnişin və sürücü xəsarət alıblar. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası xəsarət alan şəxslərə ilkin yardım göstərib.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücülərin izahatlarını alıblar. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir