Cəmiyyət

Ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Sharing is caring!


Gürcüstan ötən il 41 Azərbaycan vətəndaşını deportasiya edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə 4, dördüncü rübündə isə 5 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılıb. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 19-u yetkinlik yaşına çatmayanlar olub.

Gürcüstan ötən il ümumilikdə 190 əcnəbini deportasiya edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir