Cəmiyyət

Bakının məşhur gecə klubunda dava: Barmen müştərini döydü

Sharing is caring!


Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gecə klublarından birində müştərini döyən barmenə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, dava müştərinin klubun içərisində, barın arxa hissəsindəki otaqda köynək dəyişməsi üstündə baş verib.

Belə ki, Əkbər adlı müştəri tikişi sökülən köynəyini dəyişmək üçün klubun ofisiantından yer istəyib. Ofisiant onu barın arxa hissəsindəki otağa istiqamətləndirib.

Əkbər köynəyini dəyişərkən klubda barmen işləyən 2000-ci il təvəllüdlü Orxan Cəfərov (soyad şərti) əsəbi halda ondan otaqda nə iş gördüyünü soruşub. Əkbər isə əsəbi halda ona köynəyini dəyişdiyini və bu məsələnin ona heç bir aidiyyəti olmadığını deyib. Nəticədə tərəflər arasında mübahisə davaya çevrilib.

Orxan Cəfərov müştərini döyərək sifətin sağ yarısının şişkinlik halında əzilməsi, ağzın sağ yarısının selikli qişa səthinin qansızması və əzilmiş yarası ilə müşayiət olunan sağlamlığına zərər vurub.

Hadisədən sonra Orxan Cəfərov saxlanılıb və məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir