Cəmiyyət

Kamran Əliyev: “Binəqədidə baş verən yanğınla bağlı bir sıra versiya var”

Sharing is caring!


“Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla bağlı araşdırmalar davam etdirilir”.

Oxu.Az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, cinayətin səbəbi və məsul şəxslərlə bağlı ekspertiza təyin edilib:

“Hadisə isə bağlı bir sıra versiya var. Araşdırma aparılır. Son nəticə olan kimi təqsirli şəxslərin də müəyyən edilib, məsuliyyətə cəlb olunması təmin ediləcək”.

K.Əliyev, həmçinin qeyd edib ki, Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məsuliyyətə cəlb edilənlər var:

“Yanğının səbəbi ilə bağlı istintaq davam etdirilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir