Cəmiyyət

Bakıda yerüstü metro çəkiləcək? – ARAŞDIRMA + VİDEO

Sharing is caring!


Araşdırmalara görə, yeraltı metronun salınması çox baha başa gəldiyi üçün insanların ehtiyacı olan əksər ərazilərdə metrostansiyalar yoxdur.

Təcrübə göstərir ki, yerüstü metronun infrastrukturunun qurulması daha sərfəlidir. Məsələn, Türkiyə, Böyük Britaniya, Rusiya və digər ölkələrdə bu nəqliyyat növündən geniş istifadə edilir. Necə deyərlər, faydası çox, xərci daha az. Azərbaycanda isə metro əsasən yeraltı nəqliyyat vasitəsi kimi inkişaf edib.

Bəs ölkəmizdə yerüstü metro niyə yoxdur? 

“Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov mövzu ilə bağlı bildirib ki, Bakı şəhərinin sıx məskunlaşma ərazisi olması, sənaye cəhətdən infrastrukturların geniş yayılması nəzərə alınmaqla stansiyaların yerüstü deyil, yeraltı inşasına qərar verilib.

“Bəs paytaxtdan kənar digər ərazilərdə, məsələn, Sumqayıtda, Xırdalanda və digər ərazilərdə metrostansiya niyə yoxdur?” sualına gəlincə, “Bakı Metropoliteni”nin sözçüsü deyib ki, bu, ilk növbədə paytaxt üçün nəzərdə tutulub. Yaxın illərdə Bakıdan kənar ərazilərdə stansiyaların salınması prioritet deyil.

Ekspertlər isə paytaxtda və ətraf ərazilərdə yerüstü metronun çəkilməsi üçün şərait olduğunu və bu nəqliyyat vasitəsinin daha çox üstünlükləri olduğunu bildirirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir