Cəmiyyət

Bakıda evinin damında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi – VİDEO

Sharing is caring!


Bakıda evinin damında köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində bir nəfər vətəndaşın fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1947-ci il təvəllüdlü V.Quluzadənin yaşadığı birmərtəbəli fərdi evin damına çıxdığı, oradan düşə bilməyərək köməksiz vəziyyətdə qaldığı məlum olub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş damdan endirilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir