Cəmiyyət

Azərbaycanda bir milyon manata gümüş pul satılır – FOTO

Sharing is caring!


Azərbaycanda bir milyon manata gümüş pul satılır.

Oxu.Az xəbər verir ki, bununla bağlı məşhur saytlardan birində elan paylaşılıb. 

Belə ki, gümüş sikkə Türkiyə höküməti tərəfindən Azərbaycanın 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ildə buraxılıb. Sikkənin hərrac qiyməti isə bir milyon manatdan başlayır.

Həmçinin, Azərbaycanda Gəncə xanlığı dövründə buraxılmış gümüş pul (Abbası) satışa çıxarılıb.

Bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.

Çəkisi 4,5 qram olan bu gümüş pulun Gəncə xanı Məhəmmədhəsən xanın dövründə buradakı zərbxanada hazırlandığı iddia edilib. Sözügedən sikkənin 1764-cü ildə (hicri 1178) zərb edildiyi qeyd olunub. Elan saytında təqdim edilən gümüş pul 15 milyon manata təklif olunur.

{gallery}

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir