Cəmiyyət

Nazirlik: “Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır”

Sharing is caring!


Sumqayıt Dövlət Universitetinin (SDU)  nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.

“Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”, – nazirlikdən bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir