Cəmiyyət

Beynəlxalq müşahidəçilər Naxçıvanda seçkiqabağı prosesləri izləyir

Sharing is caring!


Beynəlxalq müşahidəçilər Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələrində olub, ayrı-ayrı məntəqələrdə seçkilərə hazırlığın gedişi ilə maraqlanıblar.

“Report”un xəbərinə görə, ATƏT-in Demokratik Qurumlar və İnsan Haqları üzrə Təşkilatının Naxçıvandakı uzunmüddətli müşahidəçisi Kristoper Barber jurnalistlərə müsahibəsində bildirib ki, muxtar respublikaya növbədənkənar Prezident seçkilərini müşahidə etmək üçün gəlib:

“Mənimlə birlikdə İsveçrədən olan həmkarım Martin Mayinedir burdadır. Biz fevralın 15-dək burada olacağıq. Seçki və seçkidən sonrakı müddəti müşahidə edəcəyik. Qeyd edim ki, bizə seçki ərəfəsində qısamüddətli müşahidəçilər də qoşulacaq.

Əsas məqsədimiz şəxsən nəyi müşahidə ediriksə, onları dəyərləndirməkdən ibarətdir. Qərarlarımız tamamilə obyektiv və qərərsiz olacaq. Əsas komanda olaraq Bakıdan gəlmişik və hazırda gedən proseslər barədə ayın sonunadək hesabat verəcəyik.

Müxtəlif yerlərə baş çəkib müşahidələr aparırıq. Bura siyasi partiyalar, qeyri-hökumət təşkilatları, seçicilər, dairələr və məntəqələr daxildir. İndiyədək hazırlıq prosesini müşahidə eləmişik. Hazırda məntəqələrdə hazırlıq işləri aparılır və lazımi avadanlıqlarla təmin edilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir