Cəmiyyət

Qəbələdə 22 yaşlı oğlan itkin düşüb

Sharing is caring!


Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-də səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11 radələrində telefonla danışıblar.

F.Mirzəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir