Cəmiyyət

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibəti necə olacaq? – AÇIQLAMA

Sharing is caring!


“Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, Baş planla nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır:

“Artıq yanaşmalar nöqtəvi yox, kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır”.

Komitə sədri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibətindən də danışıb:

“Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri, təəssüf ki, qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir