Cəmiyyət

Şəmkirdə eyni qəsəbədə iki evdə baş verən yanğın söndürülüb

Sharing is caring!


Şəmkirdə eyni ərazidə iki ev yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hər iki hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Sözügedən qəsəbədə iki ayrı şəxsə məxsus evlərdə anidən yanğın başlayıb. Məlumata görə, bitişik evlərdəki yanğına qaz sızması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə yanğın başlayıb.

Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Partlayış zamanı 1946-ci il təvəllüdlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Yanğınsöndürənlər alovu söndürüblər. Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir