Cəmiyyət

Bakıda qadını maşın vurub

Sharing is caring!


Bakının Binəqədi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Hənifə Telman qızı Novruzova yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona gicgah sümüyünün basılmış sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir