Cəmiyyət

85 yaşlı Hacı Nadir: “İkinci həyat yoldaşım xəstə olan birinci arvadıma iki il baxıb” – VİDEO

Sharing is caring!


Baku TV-də “O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında 85 yaşlı balaxanılı ağsaqqal Hacı Nadir köhnə ailə münasibətlərindən bəhs edib.

Ağsaqqal bildirib ki, arvadın ağlı quşun ağlıdı:

“Biri od olanda, biri su olmalıdır. Odun üstünə su atarlar, benzin yox. Mən heç vaxt arvadımın üstünə qışqırmıram, onu yola verirəm”.

Hacı Nadir ikinci həyat yoldaşının xəstəlikdən əziyyət çəkən birinci həyat yoldaşına qulluq etməsindən də danışıb:

“17 il xəstə yatdı. Dörd oğul böyütdü. Axırda gəlib dedilər ki, biz ona baxa bilmirik. İkinci həyat yoldaşım iki il ona baxdı, yeməyinə, təmizliyinə kömək etdi, çimizdirdi”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir