Cəmiyyət

Kamran Əliyev: “Son 21 ildə prokurorluğa 1 203 nəfər işə qəbul edilib”

Sharing is caring!


“Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89,1%-ni təşkil edir”.

Bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib.

Qeyd olunub ki, son 21 ildə prokurorluğa 1 203 nəfər işə qəbul edilib. 

“Onların 1 097-si kişi, 106-sı isə qadındır. 

Hazırda onlardan 1 009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir.

Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89,1%-ni təşkil edir”, – deyə Kamran Əliyev qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir