Cəmiyyət

Ağalıda uşaqların qar sevinci – FOTO

Sharing is caring!


Zəngilan rayonunun Ağalı kəndində qarın yaratdığı mənzərə daha diqqət çəkir. Kənddə uşaqların qar sevinci isə daha maraqlı mənzərə yaradıb.

AZƏRTAC xəbər verir ki, Zəngilan rayonunda ötən gün saat 18 radələrində yağmağa başlayan qar qısa müddətdə intensivləşib.

Gecə boyunca davam edən qar kəndi tamamilə ağ örpəyə bürüyüb. Hazırda da kəndə qar yağması davam edir.

Təbiət hadisəsi kənddə uşaqların da sevincinə səbəb olub.

Ağalının az yaşlı sakinləri indi kənddə qartopu oynayaraq qışın sevincini yaşayırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir