Cəmiyyət

DİM magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirib

Sharing is caring!


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçirilib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə dörd binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri və 71 zal nəzarətçisi ayrılıb.

İmtahanla bağlı DİM-də operativ qərargah fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İlkin məlumatlara əsasən, iki nəfərin üzərində mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Xarici dil fənni üzrə esselərin yoxlanılması ilə əlaqədar imtahan nəticələrinin yaxın iki həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu gün saat 17:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir