Cəmiyyət

Balakəndə ağır qəza: Xəsarət alanlar var

Sharing is caring!


Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu VAZ-2107 toqquşub.

Yol-nəqliyyat hadisəsi nəticəsində VAZ-2107-dəki dörd sərnişin xəsarət alıb.

Onlardan üçünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 1984-cü il təvəllüdlü Nuranə Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir