Cəmiyyət

Naxçıvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər cərimələniblər – FOTO

Sharing is caring!


Naxçıvan polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satanlara qarşı reyd keçirib, üç sahibkar cərimələnib.

Bu barədə Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə obyekt aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri Nihad Məmiyev, Ülvi Qasımov və Mənsum Bağırov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlara xəbərdarlıq edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir