Cəmiyyət

Ağsuda narkotik satan şəxslər saxlanılıblar – FOTO

Sharing is caring!


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş tədbir zamanı rayon sakini Eldar Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib.

Araşdırma zamanı E.Ağayevin həmin narkotik vasitəni Ağsu şəhər sakini Laçın Mehdiyevdən 210 manat pul müqabilində aldığı müəyyənləşib.

Davam etdirilən tədbirlərlə L.Mehdiyev də saxlanılaraq istintaqa təhvil verilib. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən kibrit qutularında və sellofan torbalarda satış məqsədilə hazırladığı yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir