Cəmiyyət

Zaqatalada minik avtomobili aşıb, xəsarət alan var – FOTO

Sharing is caring!


Zaqatalada yol-nəqliyyat hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Gözbarax kəndində baş verib.

Rayonun Yeni Suvagil kənd sakini, 1989-cu il təvəllüdlü Rövşən Abdulsalam oğlu Qurbanovun idarə etdiyi KIA markalı 99-RA-501 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.

Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü R.Qurbanovu avtomobildən çıxarmaq üçün əraziyə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və yanğınsöndürən xilasediciləri cəlb edilib.

R.Qurbanov avtomobildən çıxarılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir